Səhifə-daxili SEO
Səhifə-daxili SEO - bütün səhifə başlıqlarını, meta təqlərini, kontenti müvafiq açar sözlərə uyğun optimallaşdırmaqla Google sıralamasında qalxmağın ən əsas addımıdır. Professional SEO eksperti olaraq, ilk əvvəl SEO auditi edərək mövcud problemləri müəyyən ediləcək və audit məlumatlarına əsasən SEO strategiyasını hazırlayacaqdır. Beləliklə ayrı-ayrı landing pagelər üzrə səhifə-daxili SEO ilə siz axtarış sistemlərində hədəflənən açarsözlər üzrə daha yuxarı nəticələrdə olacaqsız. Əsas hədəf saytınızı TOP 5 nəticə arasında daxil etmək olacaqdır.
Səhifə-xarici SEO
PR məqalələri, sosial media postları və ayrı-ayrı saytlardan sizin saytınıza geri bağlantı linkləri (backlinklər) qurmaqdan ibarət SEO xidmətidir. Bu axtarış sistemlərində saytınızın domen avtoritetini inkişaf etdirmək üçün əhəmiyyətli bir faktordur. Geri linklərinizin keyfiyyəti və sayı, sizi axtarış sistemlərinin (məsələn Googleda) nəticələri səhifələrində (SERP) daha yuxarıda sıralanmağınıza kömək edə bilər. Sayta yönləndirilmiş daha çox inbound linklər, hədəflənən açar söz üzrə saytın mövqeyini SERP-də artırmağa və saytın bir çox rəqiblərini geridə qoymağına kömək edəcəkdir. Bəzi backlinklər toksik ola bilər və onlar əksinə vebsaytınız üçün zərərdir. Bu halda backlink auditi icra olunacaq və aşkarlanan bu tip toksik backlinklər silinəcəkdir. Əməkdaşlıq zamanı sizə yeni backlinklər əldə etməkdə və toxik backlinkləri silməkdə köməklik ediləcək.
- 100% Daha yaxşı nəticələr
- Lazımlı feedbacklər
- ROI & KPI əsaslı strategiya
- Razı müştərilər